Təbriz və Zəncanda həftə sonu üç məhkum asılıb

12-02-2025, 16:34           
Təbriz və Zəncanda həftə sonu üç məhkum asılıb
Hüquq müdafiəçiləri keçən bir həftə ərzində İranın Şərqi Azərbaycan, Zəncan, Mazəndəran və Kirmanşah vilayətlərində biri qadın olmaqla 6 məhkumun ölüm cəzasının icra edildiyini bildiriblər.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu 33 yaşlı Şəhram Mənafzadə və 29 yaşlı Fərhad Abduli adlı məhkumların bazar günü səhər saatlarında Təbrizin mərkəzi həbsxanasında dar ağacından asıldığını yazıb.

“Bu iki məhbus eyni məhkəmə işində təcavüzdə (zorlama) təqsirli bilinərək edam cəzasına məhkum edilmişdilər. Onlara edamdan əvvəl ailə və yaxınları ilə son dəfə görüşmələrinə icazə verilib,” hüquq müdafiə qurumu bildirib.

Zəncanda isə 50 yaşında məhbus Əli Rzayinin edam hökmü şənbə günü şəhərin mərkəzi həbsxanasında icra edilib. IHR qrupunun xəbərinə görə, əslən Takistan şəhərindən olan Rzayi narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə olunmuşdu.

IHR həmçinin bu yaxınlarda həyat yoldaşını qəsdən öldürməkdə təqsirli bilinən bir qadının Mazandaran vilayətinin mərkəzi Sari şəhərində asıldığını bildirib.

“47 yaşlı Məhtab Qazizadə iki uşağın anası idi və 3 il 9 ay əvvəl həyat yoldaşını qətlə yetirmək ittihamı ilə saxlanılıb və qisasa məhkum olunmuşdu. O, keçən çərşənbə günü son dəfə olaraq ailəsi ilə görüşüb və ertəsi gün edam edildi” - deyə, hüquq müdafiə qrupunun xəbərində qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru