Dolmalıq kələm necə olmalıdır?

12-02-2025, 12:57           
Dolmalıq kələm necə olmalıdır?
Dolmalıq kələm seçərkən bir neçə vacib məqama diqqət yetirmək lazımdır ki, həm dadlı, həm də asan bükülən yarpaqlara sahib olasan. Foodinfo.az xəbər verir ki, dolmalıq kələm seçərkən orta ölçülü olmasına diqqət yetirin, çünki çox iri kələmin yarpaqları sərt ola bilər, çox kiçik olanlar isə dolma üçün əlverişli olmaya bilər. Yumru və bir az da yastı forması olan kələmlər idealdır, çünki belə kələmlərin yarpaqları nazik və yumşaq olur. Nazik və yumşaq yarpaqlı kələm seçin, əks halda qalın yarpaqlar dolma bükərkən çətinlik yarada bilər. Açıq yaşıl və ya açıq sarımtıl rəngdə olan yarpaqlı kələm daha yaxşıdır. Çox tünd yaşıl və qalın yarpaqlar bişirərkən sərt qala bilər. Tam sərt və daş kimi kələmlər dolma üçün yaxşı deyil. Qurumuş və ya solmuş yarpaqlar da köhnə kələmin göstəricisidir.Saplağı çox qalın olmamalıdır, çünki qalın saplaqlı kələmlərin yarpaqları da sərt olur. Sapın rəngi açıq və təravətli olmalıdır. Qəhvəyi ləkələr varsa, kələm çoxdan qoparılıb və qurumağa başlayıb. Əgər dolma yox, turşu üçün kələm axtarırsınızsa, daha sıx və sərt kələm seçin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru