HƏMAS: Girovları geri qaytarmağın yeganə yolu atəşkəsdir

Bu gün, 15:34           
HƏMAS: Girovları geri qaytarmağın yeganə yolu atəşkəsdir
ABŞ Prezidenti Donald Tramp bütün girovlar şənbə gününədək qaytarılmadığı təqdirdə İsraillə HƏMAS arasında atəşkəs razılığını ləğv etməyi təkif edəndə sonra, HƏMAS rəsmisi xəbərdarlıq edib ki, girovları evlərinə qaytarmağn yeganə yolu atəşkəsin şərtlərinə riayət etməkdir.

Tramp bu sözləri bazar ertəsi HƏMAS İsraili atəşkəsi pozmaqda günahlandırıb, girovların sərbst buraxılmasını ləngitməklə hədələyəndən sonra ifadə edib.

Çərşənbə axşamı HƏMAS-ın yüksək səviyyəli rəsmisi Sami Əbu Zuhri Reuters və Agence France-Press-ə bildirib ki, ABŞ prezidentinin söylədikləri onsuz da kövrək atəşkəsi çətinləşdirir.

“Tramp unutmamalıdır ki, hər iki tərəfin riayət etməli olduğu razılıq var və bu, məhbusları geri qaytarmağın yeganə yoludur,” o deyib. “Təhdid dilinin heç bir dəyəri yoxdur və məsələləri sadəcə olaraq çətinləşdirir.”

HƏMAS bazar ertəsi deyib ki, növbəti bildirişə qədər daha heç bir girov azad edilməyəcək. Birləşmiş Ştatlar və bir neçə başqa ölkəsi tərəfindən terror təşkilatı kimi tanınan qrup İsraili köçkün düşən fələstinlilərin Qəzzanın şimalına qayıtmasını gecikdirməkdə günahlandırıb, baxmaraqy ki, yüz minlərlə insan artır geri qayıdır.

HƏMAS həmçinin bildirib ki, “müxtəlif ərazilərdə hava hücumları və atəşlə hədəf alınıb” və deyib ki, İsrail “razılaşdığı kimi humanitar yardımın daxil olmasını asanlaşdırmayıb.” Birləşmiş Millətlər Təşkilatının rəsmisi bildirib ki, atəşkəs başlayandan bəri Qəzzaya 12600 humanitar yardım maşını daxil olub və təcili aclıq təhlükəsi aradan qalxıb.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, HƏMAS tərəfindən hər hansı ləngitmə atəşkəs razılaşmasının “tam pozulması” olacaq. O, İsrail hərbçilərini ən yüksək hazırlıq səviyyəsinə çatdırıb.

Ötən ay atəşkəs qüvvəyə minəndən bəri HƏMAS 21, İsrail isə 730-dan çox məhbusu azad edib. Növbəti mübadilə şənbə gününə təyin edilib və İsrail tərəfindən həbs edilən yüzlərlə fələstinli məhbusun müqabilində daha üç israilli azad ediləcək.

Atəşkəsin ilk altı həftəlik mərhələsində HƏMAS 2023-cü ilin 7 oktyabr tarixində İsrailə hücumu zamanı girov götürdüyü 33 israillini döyüşlərdə fasilə, yüzlərlə fələstinli məhbusun azad edilməsi və Qəzzaya humanitar yardım axını müqabilində mərhələli şəkildə sərbəst buraxır. Razılaşmada həmçinin İsrail qoşunlarının Qəzzanın məskunlaşdığı ərazilərdən, eləcə də Netzarim dəhlizindən geri çəkilməsi nəzərdə tutulur.

Bazar günü İsrail qoşunları ərazini ikiyə bölən dar bir ərazi olan Netzarim dəhlizindən geri çəkilib. Bu, daha çox fələstinlinin vaxtilə yaşadıqları şimal sektoruna qayıtmasına imkan verib, ancaq ərazinin böyük hissəsi döyüşlər nəticəsində yerlə yeksan olub.

İkinci mərhələdə sağ qalan bütün girovlar İsrailin Qəzzadan tamamilə çıxarılması və “davamlı sakitlik” müqabilində azad ediləcək. Lakin təfərrüatlar aydın deyil və hələ ki, danışıqlar aparılmalıdır.

Qəzzada müharibə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə 1200 insanın ölümünə və 250 girovun əsir düşməsinə səbəb olan şok hücumundan sonra başlayıb. Yerli səhiyyə orqanlarının məlumatına görə, İsrailin əks-hücumları nəticəsində yarısından çoxu qadın və uşaqlar olmaqla 47 mindən çox fələstinli həlak olub. İsrail deyir ki, ölənlər arasında öldürdüyü 17 min militant var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.