Fon der Leyen: Avropa İttifaqı süni zəkanın inkişafına dəstəyi 50 milyard dollar cəlb edəcəcək
Bu gün, 15:44
Avropa İttifaqı blokun süni zəka sahəsindəki ambisiyasını gücləndirmək üçün əlavə 51,5 milyard dollar sərmayə yatıracaq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen çərşənbə axşamı bildirib.
Bu məbləğ artıq provayderlər, investorlar və sənaye tərəfindən 150 milyard avro vəd edilmiş Avropa Süni Zəka Çempionları Təşəbbüsünə əlavə olunacaq, fon der Leyen Paris Süni İntellekt Sammitində çıxışı zamanı deyib.
“Beləliklə, Avropada süni zəkaya ümumilikdə 200 milyard avro sərmayə cəlb etməyi hədəfləyirik,” o vurğulayıb.
Fon der Leyen qeyd edib ki, sərmayələr əsasən sənaye və kritik əhəmiyyətli texnologiyalara yönəldiləcək.
General Catalyst investisiya şirkəti tərəfindən irəli sürülən Avropa Süni Zəka Çempionları təşəbbüsünə qoşulan şirkətlər arasında Airbus, ASML, Siemens, Infineon, Philips, Mistral və Volkswagen də var.