General-Polkovnik Leonid İvaşov: "Qəbul olunan qanunlar, həbslər, qadağalar heç Nikolayın, Stalinin vaxtında da olmayıb"

22-05-2022, 00:03           
General-Polkovnik Leonid İvaşov:
Əgər əvvəlcədən düzgün strategiya və taktika seçilməsə o mütləq uğursuzluğa düçar olacaq.
Ən birinci isə geopolitik durumu nəzərə almaq lazımdır.
Ukraynada müharibədə ola bilər əsgərlərimiz qəhrəmanlıq göstəib bəzi uğurları əldə etdi. Bəzi əraziləri götürdük. Buna baxmayaraq əgər strateji-taktiki gedişi düzgün deyilsə bütün uğurlar sıfırlanır. Ona görə də biz geopolitik cəhətdən məğlub olmuşuq.
Biz indiyədək heç vaxt belə vəziyyətlə rastlaşmamışıq. Bizi gətirib bu vəziyyətə saldılar. Bu durum daha çox bizim rəqiblərimizin işinə yaradı. ABŞ Avropada nə istəyirdi, nəyə nail oldu. Trampın vaxtında NATO-da çalxalanma var idi, ancaq bu prosesdə Amerika onları möhkəm bir yumruqda birləşdirə bildi. ABŞ Rusiyanın Aİ-na verdiyi enerjidaşıyıcılarının və ticarətin qarşısını almaq istəyirdi, onlar buna da nail oıdu. Həmçinin ABŞ qorxurdu ki, Almaniya və Avropa dövlətlərinin böyük bir hissəsi Rusiya ilə hərbi əməkdaşlıq edəcək. Mən 1998-ci ildə xidmət edəndə almanlarla 62 dəfə hərbi təlim, hərbi-texniki tədbir keçirdik. O zaman ABŞ-ın Müdafiə Naziri mənə sual verdi ki, bu nə məsələdir siz bu qədər tədbir keçirirsiniz? ABŞ-la isə cəmi 8 dəfə belə tədbir keçirilmişdi. Mən ona dedim ki, bizim ümumi problemimiz var. Terrorizmə qarşı mübarizə aparmaq üçün bu tədbirlərə ehtiyac var. Sizə qarşı heç bir təhlükə yoxdur. Panamamı, Nikaraquamı sizə hücum edəcək? O vaxt bizim Almaniyaya yaxınlaşmağımız ABŞ-na toxunurdu
Əvvəldən elə Bismarkdan başlayaraq belə bir arzuları olub ki, Rusiyaya qalib gəlmək istəyirsənsənsə onu mütləq Ukraynadan ayırmaq lazımdır. Bu elə ingilislərin də arzusu olub. 18 avqust 1948-ci ildə ABŞ Milli Təhlükəsizlik Şurasında Amerikanın SSRİ strategiyasında Orta Asiyanı, Qafqazı və Ukraynanı Rusiyadan ayırmaq dururdu. Ukraynanın üstündə xüsusi dayanılmışdı. Orda qeyd olunmuşdu ki, Ruslarla, Ukraynalılar bir millətdir. Onların arasında çatlağı genişləndirmək üçün bunları həm siyasi, həm də hərbi cəhətdən qarşı-qarşıya gətirmək lazımdır. Onların o vaxtkı fikirləri artıq bu gün həyata keçir. Rusiya, Ukrayna böyük dövlətlərdir. Ukraynasız Rusiya bir Asiya dövlətidir. Biz artlq təklənmişik, izolyasiyadayıq. Postsovet ölkələri də bizə qarşı sanksiyalara qoşulub. Rusiyanı yalnız Belorusiya və Eriteriya müdafiə edir. Biz tarixi boyu belə bir izolyasiyada olmamışıq.
İstənilən müharibədə intellekt qalib gəlir
Əgər Kiyevi, Xarkovu, Odessanı, Nikolayevi Tiraspolu və s. şəhərləri alsaydıq belə bu yenə geopolitik cəhətdən bizim məğlubiyyətimiz olacaqdı. Ona görə ki, bütün dünya bizə qarşı çıxıb. Düzdür dünya pisdir, ancaq biz bu pis dünyada çox faciəli durumdayıq. Bu bizi həm sosial, həm də texnoloji cəhətdən geri 70-ci illərə atdı.
Represiyya vüsət aldı. biz 37-ci ilə döndük. Qəbul olunan qanunlar, həbslər, qadağalar heç Nikolayın, Stalinin vaxtında da olmayıb. Deyirlər müharibə yoxdur, ancaq məcbur edirlər ki, qələbəmizi qeyd edək.
Ona görə də artıq ağıllı adamları yığmaq lazımdır. Qoy Prezident heç bir ambisiyasız onları eşitsin.
Ən birinci geopolitik vəziyyətin obyektiv analizi verilməli, əhalinin psixoloji vəziyyəti öyrənilməli və onların sosial və maddi durumları qarşılanmalıdır.
İkinci qrup isə ortaya plan qoymalıdlr ki, bu vəziyyətdən necə çıxmaq olar?
Bu qrupda tərif deyənlər, yaltaqlar yox, əsl peşəkarlar olmalıdır.
Elə bir vəziyyətə gəlmişik ki, dünya liderləri telefonla Prezidentlə danışmaq belə istəmirlər. Buna görə kimdənsə üzr istənməli, kimlərisə istefaya göndərmək və kimlərisə cəzalandırmaq lazımdır. Hökumət başçısı “Xüsusi Əməliyyatın” əleyhinə olduğunu deməlidir, yeri gəlsə Prezident üzr istəməlidir. Dünyada rus millətinə qarşı bir nifrət yaranıb. Bu çox pis tendesiyadır. Biz psixoloji-informasiya müharibəsini tamamilə uduzmuşuq.
Korotçenko, Kedmi kimiləri çıxıb təbliğat aparırdılar ki, biz Ukraynanı 3-4 günə alacağıq. Onlar bizi gül-çiçəklə qarşılayacaqlar. Bu cür feyk xəbərlərlə xalqı aldatdılar. Onlar rəqibi qiymətləndirmədilər. Bizdən fərqli olaraq son 20 ildə Ukraynada komandanlıq peşəkar hərbiçilərdən təşkil olunub. Bizdə isə Müdafiə Naziri mülki şəxsdir. Düzdür ABŞ-da, Ukraynada və digər ölkələrdə də Müdafiə Nazirləri mülki şəxslərdir. Ancaq onlar bizdəki kimi hərbi əməliyyata qarışmırlar. Onlar daha çox Ordunun təchizatı və hərbi-siyasi işlərlə məşğuldular. Dünyanın heç bir yerində Ordu bizdəki kimi deyil. Bizim Müdafiə Naziri özünü göstərməklə, piarla məşğuldur. Bizim Orduda Baş Qərargah Rəisi 3-cü dərəcəli adamdır. Dünyada belə bir şey yoxdur. Gördüyünüz kimi Baş Qərargah Rəisini kənarlaşdırıblar.
Sergey Şoyqu və 1-ci müavini Salikov da peşəkar hərbçi deyillər. Salikovun heç bir hərbi rütbəsi olmadığı halda o Ordu generalı oldu.
Televiziyada mən Putin tərəfdarıyam deyib qışqıranlar yox, əsl peşəkarlar və xalqı və dövləti üçün əsl patriotları bu işə qoşmaq lazımdır.
Çubays və digər hökumət nümayəndələri aradan çıxdılar. Bunlar xaricdə milyardlarını xilas etmək etmək üçün qaçmayıblar. Onları narahar edən daxildə baş verə biləcək “razborkalar”dır. Əgər düzgün araşdırma aparsalar müəyyən olunacaq ki, onlar Amerika kəşfiyyatı ilə çox sıx əlaqədə olublar. Bunlar barədə ciddi ölçü götürülməlidir













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.