İşğaldan azad torpaqlarda cücərən ümidlər - əkən də var, biçən də...

27-05-2022, 08:57           
İşğaldan azad torpaqlarda cücərən ümidlər - əkən də var, biçən də...
Qlobal ərzaq böhranı hazırda bu yerlərdə buğda istehsalını zərurətə çevirib
Azərbaycanın regionları yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli dəstək olmaq, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək dövlətin qarşısında əsas vəzifə kimi qoyulub. Üstəlik, işğaldan azad olunan ərazilərin də sosial-iqtisadi inkişafı istiqamətində mühüm işlər görülür.

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bu istiqamətdə atılan mühüm addımlardan danışıb: “İqtisadi inkişafın sürətləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin sonlarında sərəncam imzalandı. İşğaldan azad olunan ərazilərin iqtisadi resurslarından səmərəli istifadə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılması məqsədilə vergi güzəştlərinin, sosial sığorta güzəştlərinin tətbiqi haqda təkliflərin hazırlanması sərəncamda göstərilib. Eyni zamanda bu ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi məsələsi qabardılır. Daha bir qabarıq məsələ isə istehsal sahəsi ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə xüsusi güzəştlərin müəyyən edilməsidir. Digər bir istiqamət isə müasir bilik və bacarıqlara malik, peşəkar mütəxəssislərin işğal olunan ərazilərə cəlb olunmasıdır.

Rusiya Qərbə ixrac edə bilmədiyi məhsuları aternativ bazar kimi Azərbaycana göndərəcək” - Eldəniz Əmirov Pravda.az

Eldəniz Əmirov

Bu ərazilərin iqtisadi inkişafında öz töhfələrini verməsi üçün əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi proseduralarının təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapıb. Göründüyü kimi, işğaldan azad olunan ərazilərdə iqtisadi re-inteqrasiyanın sürətli bərpası və quruculuq işlərinin görülməsi məqsədilə ardıcıl olaraq ciddi layihələr icra olunur. Çünki istənilən dövlət investisiya layihələri bütün iqtisadi inkişafın təməlində gəlir. Sahibkarlıq və digər fəaliyyət istiqamətlərinin inkişafı məhz bundan sonra həyata keçirilə bilər. Burada aeroportların tikilməsi, yolların çəkilməsi potensialına xidmət edəcək müəyyən infrastrukturun yaradılması, o cümlədən xarici şirkətlərin burada investisiya fəaliyyətinin təmin olunması üçün təşviqedici mexanizmlərin yaradılması istiqamətində biz ciddi işləri müşahidə edirik. Məsələn, neft nəhəngi kimi tanıdığımız BP-nin də qeyri-neft sektoruna investisiya yatırması ilə bu prosesə cəlb olunmasını müşahidə edirik”.

Ekspert işğaldan azad olunmuş ərazilərdə 13 hidroloji, avtomatlaşdırılmış stansiyanın quraşdırılmasını yada saldı: “Hidroehtiyatlarından maksimum istifadə və su elektrik stansiyalarının yaradılması önəmli addımdır. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün su ehtiyatlarından optimal idarəetmənin təmin olunması məqsədilə müəyyən olunmuş vacib bir qərardır.

Paralel olaraq bərpa olunan enerji atlasının ölkə üzrə yaradılması da alternativ enerji mənbələrindən daha səmərəli istifadəyə imkan verən bir mexanizm olaraq qiymətləndirilir. Bütün bunlardan əlavə olaraq həm respublikanın digər yerlərində, həm də işğal olunan ərazilərdə qeyri-neft sektoru üzrə iki prioritet istiqamətdən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün çox geniş fürsətlər var. Çünki minadan təmizlənmə işlərindən dərhal sonra məhz kənd təsərrüfatı məhsullarının istehsalı, əkin-biçin işlərinin həyata keçirilməsidir. Qlobal ərzaq böhranı hazırda bu yerlərdə buğda istehsalını zərurətə çevirib. Bizim 600 min hektar ətrafında buğda əkin sahələrimiz var ki, bu da daxili tələbatı ödəməkdə çətinlik yaradır. Nəzərə alaq ki, istehsal olunan buğdanın böyük hissəsi ərzaqlıq buğda tələbatına cavab vermir. Odur ki, məhz bu ərazilərdə yeni toxum növlərindən və yeni texnologiyaların tətbiqi ilə ərzaqlıq buğdanın yetişdirilməsi üçün bir sıra fürsətlər yaradır".

Dünya SAKİT












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.