25 milyon ton taxıl mühasirədən çıxarılır - VİDEO

15-07-2022, 08:57           
25 milyon ton taxıl mühasirədən çıxarılır - VİDEO
Ukrayna limanlarında mühasirədə qalan 25 milyon ton taxıl tezliklə dünya bazarlarına yola salına biləcək. Bu qərara İstanbulda Rusiya, Ukrayna, Turkiyə və Birləşmiş Millətlər Təşkilatı təmsilçilərinin iştirakçıları arasında “taxıl dəhlizinin” yaradılması ilə bağlı keçirilmiş görüş zamanı gəlinib.

Görüşdə həmçininı taxıl dəhlizinin fəaliyyəti üçün İstanbulda xüsusi əlaqələndirmə mərkəzinin yaradılması qərara alınıb. Mərkəz taxılın limanlardan alınaraq, dünya bazarlarına yola salınmasına nəzarət edəcək.

Bu, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh danqışıqlarının dondurulmasından sonra ilk əyani görüş olub. Türkiyənin hərbi obyektlərindən birində keçirilmiş görüşdən sonra Türkiyənin müdafiə naziri Hülusi Akar bildirib ki, tərəflər, yəni Rusiya, Ukrayna və Türkiyə nümayəndələri yüklərin hərəkəti və təhlükəsizliyi üzərində nəzarəti birgə həyata keçirəcəklər.

Ukrayna prezidenti Vladiir Zelenski görüşü müsbət dəyərləndirib və yalnız Ukraynanın ixrac probleminin deyil, həm də dünyanın bir sıra ölkələrinə gözləyən ərzaq probleminin həllində irəliyə doğur ciddi addım atıldığını bildirib. Onun sözlərinə görə, Ukrayna limanlarında ixrac üçün nəzərdə tululmuş buğda, qarğıdalı və arpa məhsulları yığılıb qalıb.

Bu ilin fevral ayında Rusiya ilə Ukrayna arasında müharibə başlayana qədər Ukrayna hər ay 5-6 milyon ton taxıl ixrac edə bilirdi. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, müharibə nəticəsində hazırda Qara dəniz limanlarında 25 milyon tona yaxın məhsul yığılıb.

Vladimir Zelenski bildirib ki, əgər İstanbulda «taxıl dəhlizi» barədə razılaşma əldə edilməsə idi, Qara dəniz limanlarında yığılan taxılın həcmi 75 milyon tona qədər arta bilərdi.
Problemin həlli istiqamətində ilk danışıqlar bu il iyunun 8-də Ankarada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında başlayıb. İki həftə sonra Türkiyə nümayəndə heyəti bununla bağlı müzakirələr aparmaq üçün Moskvaya uçub. Bu görüşdə Türkiyə, Rusiya və Ukrayna hərbi qurumları arasında taxıl ixracı məsələlərinin həlli üçün qaynar xətt yaradılması qərara alınıb.

İyulun 1-də Türkiyə silahlı qüvvələri tərəfindən Ukraynanın xahişi ilə Qara dənizdə taxıl dolu Qazaxıstan gəmisinin saxlanması hadisələri daha da sürətləndirdi. Kiyev Rusiya bayrağı altında üzən gəminin oğurlanmış Ukrayna taxılı daşıdığını bildirmişdi.

Taxıl dəhlizinin yaradılmasının dünya taxıl bazarını gözləyən ciddi problemlərin qarşısını alacağı düşünülür. Ukrayna dünya taxıl ixracının önəmli ouyunçusudur. Ötən mövsümdə bu ölkədən 44,7 milyon ton taxıl ixrac olunub. Bunun 16,6 milyon tonu buğda, 23 milyon tonu qarğıdalı, 4,2 milyon tonu arpa olub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.