Ukrayna üçün 320 milyard dolları necə əldə etmək olar?..

29-04-2024, 13:08           
Ukrayna üçün 320 milyard dolları necə əldə etmək olar?..
Ukrayna ABŞ-dan həyati əhəmiyyətli 61 milyard dollar yardım alıb, lakin Rusiyanın hücumuna qarşı çıxmaq üçün hələ də orta müddətli maliyyə planına ehtiyacı var və bu planın mərkəzində Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməlidir...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi yazıb.

Nəşr qeyd edir ki, digər ölkələrin öhdəlikləri ilə birlikdə ABŞ-ın ən son yardım paketi gələn ilin sonuna qədər Kiyevə təqdim edilməlidir. Amma 2025-ci ilin sonunda Ukraynanın silahı yenidən tükənə bilər.

"Çoxillik maliyyələşdirmə planı, əksinə, bir sıra üstünlüklərə malik olardı. Bu, ilk növbədə, ABŞ-ın siyasi dalğalanmalarından müəyyən sığorta təmin edərdi. Bundan əlavə, bu, ukraynalıların mənəviyyatını yüksəldər və Qərb silah istehsalçılarına daha çox inam verərdi", deyə nəşr qeyd edir.

Eyni zamanda, Ukraynanın daha uzun illər tab gətirə biləcəyinə qərar verərsə, Rusiya prezidenti Vladimir Putinin hesablamaları da dəyişə bilər.

"Reuters" hesab edir ki, Ukrayna çoxlu əraziləri geri qaytara bilməyəcək, lakin o, daha güclü mövqedən sülh danışıqları apara bilər - ya da Şimali və Cənubi Koreya kimi münaqişəni dondura bilər.

"Gələcəkdə Kiyevə nə qədər ehtiyac olacağı onun hansı müharibə ilə mübarizə aparacağından asılıdır. Müdafiə kampaniyası Rusiyanı geniş ərazilərdən çıxarmaq cəhdindən daha ucuz başa gələcək. Lakin Kremlin hərbi xərclərini artırdığını nəzərə alsaq, Ukraynaya çox güman ki, hər il müttəfiqlərinin 2023-cü il üçün ayırdığı 88 milyard avro qədər ehtiyac olacaq", deyə nəşr yazıb.

Reuters qeyd edir ki, Ukrayna üçün daha çox pul əldə etməyin əsas yolu Rusiyanın Qərbdə dondurulmuş 300 milyard dollardan çox aktivlərini səfərbər etməkdir. İdeyalara aktivlərin müsadirə edilməsi, onlardan Qərb ölkələrinin Ukraynaya verəcəyi krediti dəstəkləmək üçün istifadə etmək və ya qazandıqları faizləri Kiyevə köçürmək daxildir. Belə ki, Qərb ölkələri aktivlər üzrə faizlərin ödənilməsinə on il zəmanət versələr, 30-40 milyard avro yığa biləcəklər. Lakin bu, kömək etsə də, vəziyyəti dəyişməyəcək, çünki Ukraynanı ən azı altı ay maliyyələşdirməyə imkan verəcək:

"Lakin Kiyev üçün 320 milyard dollar əldə etmək tamam başqa məsələdir. Bu, ən azı 2028-ci ilin sonuna qədər müharibəni maliyyələşdirməyə imkan verəcək. Müharibə edən tərəflər həmin vaxta qədər münaqişəni dayandırsalar və ya dondursalar, Ukrayna pulun bir hissəsindən istifadə edə biləcək. İqtisadiyyatını bərpa etmək üçün pul lazımdır ki, bu da Dünya Bankının hesablamalarına görə 486 milyard dollara başa gələcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.