Azərbaycanda 1 milyondan çox ev kanalizasiya xəttinə qoşulmayıb

30-04-2024, 00:05           
Azərbaycanda 1 milyondan çox ev kanalizasiya xəttinə qoşulmayıb
Bu ilin əvvəlinə olan məlumata görə ölkə üzrə mövcud olan 2 milyon 394 min ev təsərrüfatının 43,2%-də və ya 1 milyon 34 min ev mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, şəhər yerində evlərin 12,8%-i, kənd yerlərində isə evlərin 81,8%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.

Bu sahədə ən yaxşı göstərici Bakı və Abşeron-Xızı iqtisadi rayonlarında qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda mövcud olan evlərin hamısı, Bakı şəhərində isə 92,9%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub. Ən aşağı göstərici isə Lənkəran-Astara iqtisadi rayonunda qeydı alınıb. Bu rayonda evlərin cəmi 9,1%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru