Gürcüstan parlamenti "xarici agentlər"lə bağlı qanun layihəsini sabah müzakirə edəcək

29-04-2024, 16:24           
Gürcüstan parlamenti "xarici agentlər"lə bağlı qanun layihəsini sabah müzakirə edəcək
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi sabah parlamentin plenar sessiyasında ikinci oxunuşda müzakirə olunacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə parlamentin Hüquqi məsələlər komitəsinin sədri Anri Oxanaşvili bildirib. O, müxalifəti sessiyanın bu gün keçiriləcəyinə dair dezinformasiya yaymaqda ittiham edib.
Qeyd edək ki, “Gürcü Arzusu” bu gün “qanun layihəsinə ictimai dəstəyi göstərmək” məqsədilə parlament binası qarşısında genişmiqyaslı mitinq keçirəcək. Mitinqdə partiyanın təsisçisi Bidzina İvanişvilinin də iştirak edəcəyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru