Şəhriyar Məmmədyarov Almaniya çempionu oldu

29-04-2024, 12:48           
Şəhriyar Məmmədyarov Almaniya çempionu oldu
Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov klublar arasında Almaniya çempionatında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Ş.Məmmədyarov bundesliqada “Viernheim” klubunun şərəfini qoruyub. Onun komandası maksimum nəticə ilə yarışın qalibi adını qazanıb.

Digər şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Ötigheim” bundesliqanı 6-cı pillədə başa vurub.

Qeyd edək ki, bundesliqada birincilik uğrunda ümumilikdə 16 komanda mübarizə aparıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.