Tanınmış aktyor Parisdə saxlanıldı

29-04-2024, 16:22           
Tanınmış aktyor Parisdə saxlanıldı
Tanınmış aktyor Jerar Depardye Parisdə saxlanılıb.

"DogruXeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, aktyor iki qadına qarşı cinsi zorakılıqda ittiham edilir.

Məlumata görə, hadisələr 2014-cü ildə “Magicien et les Siamois”, və 2021-ci ildə “Les Volets verts” filmlərinin çəkiliş meydançasında baş verib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin xüsusi fərmanı ilə fransalı aktyor Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığı alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.