“Mercedes” qalmaqaldan qurtuldu

29-04-2024, 13:24           
“Mercedes” qalmaqaldan qurtuldu
ABŞ Ədliyyə Nazirliyi “Mercedes-Benz”lə əlaqədar dizel qalmaqalına dair işə xitam verib.

“Mercedes-Benz” istehsalçısı olan “Daimler” konserni məlumatı təsdiqləyib.

ABŞ Ədliyyə Nazirliyi 2016-cı ildə dizel mühərrikli avtomobillərdə atmosferə atılan zərərli maddələrin miqdarını az göstərən proqram təminatının quraşdırılması iddiası ilə əlaqədar “Daimler” konserni ilə bağlı araşdırmalara başladığını elan edib. Bu, həmin vaxt şirkətin səhmlərinin beş faiz ucuzlaşmasına səbəb olub.

Qeyd edək ki, həmin proqram təminatının quraşdırılması iddiası ilə əlaqədar Almaniyanın digər avtomobil istehsalçısı - “Volkswagen” milyardlıq kompensasiya ödəməli olub. Ancaq “Daimler” səkkiz il ərzində ABŞ hakimiyyətinə 300 min müxtəlif sənəd təqdim etməklə cəzadan qurtulmağa nail olub.
Şirkətin nümayəndəsi Renat Yunqo Bryunqer ABŞ Ədliyyə Nazirliyinin hələ mart ayında araşdırmaları dayandırdığı barədə şirkətə məlumat verdiyini bildirib. Lakin ictimaiyyət üçün məlumatın niyə məhz indi açıqlandığına aydınlıq gətirilməyib. ABŞ Ədliyyə Nazirliyi qərarı əsaslandırmayıb.

Mənbə: rus.err.ee












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.