İTV əlində siqaret, spirtli içki içə-içə girir evimizə - həm də hesabı bizə ödətdirərək

15-04-2024, 11:38           
İTV əlində siqaret, spirtli içki içə-içə girir evimizə  -
Bu gün təsadüfən Youtube-də qarşıma İTV-də yayımlanan "Alatava" filmi çıxdı. Film haqqınnda danışmayaccam. Çünki mənim sahəm deyil. Nə aktyor işi, nə rejissor işi, nə ssenarri barədə heç bir fikir bildirməyəcəm.
Amma bunu yazmalıyam.
Söhbət İctimai Teeviziyadan gedir. O televiziyadan ki, bizim pullarımızla mövcuddur. O televiziyadan ki, həmin kanala ailəlikcə tamaşa etməliyik.
Düzdür mən baxmıram. 15 ildir mənzilimdəki televizordan ümumiyyətlə Azərbaycan kanallarını silmişəm.
Amma "Alatava" filmi bildiyim qədər İTV-də yayımlanır.
Filmin əvvəlindən axırına qədər hamı siqaret çəkir. Ekran tüstü-duman.
Mənə elə gəlir ki,. artıq bu qərarı vermək lazımdır. Tütünə aludəçilik orta məktəblərin aşağı siniflərinə qədər yayılıb.
Ölkədə 18 yaşı tamam olmayanlara siqaret satışı qadağandır.
Amma bu qadağanı bir az da genişləndirmək lazımdır.
Televiziyalarda siqaret səhnələri qadağan edilməlidir. Qardaş Türkiyə bunu edir. Hətta Rusiya və Avropa televiziyalarında da bu qadağa var.
Azərbaycanda İctimai Televiziyanın efirini tüstü basıb. Bu çox pis təbliğat və pis bir örnəkdir.
Yeri gəlmişkən filmdə qadın, qoca, orta yaşlı hamı spirtli içki içir.
Bu barədə düşünmək lazımdır.
Cəmiyyətimizdə spirtli içki də içilir, siqaret də çəkilir. Amma normalda biz adətən yaşadığımız evin içində təkcə siqareti ona görə çəkmirik ki, uşaqlarımızın sağlamlığına ziyandır. Biz həm də evimizdə ona görə siqaret çəkmirik ki, uşaqlara pis örnək olmayaq.
Amma İTV bir dəstə aktyorun əlinə siqareti, spirtli içki badəsini verib girir evimizin içinə. Həm də o siqareti də içkini də bizim pulla alırlar. Yəni İTV hər bir azərbaycanlının pulu ilə mövcud olan kanaldır.
Razi Abasbəyli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.