Sensasion iddia: Bakı separatçıları necə ələ keçirib? – Üçünü bilyard oynayanda, Araiki isə...

4-05-2024, 15:24           
Sensasion iddia: Bakı separatçıları necə ələ keçirib? –
Separatçıların liderləri, hərbi cinayətkarlar Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan ələ keçməzdən əvvəl Rusiya sülhməramlılarının bazasında olublar.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Milli Təhlükəsizlik” Partiyasının sədri Qarnik İsaqulyan deyib.

Onun sözlərinə görə, separatçıların başçılarının hamısı Rusiya bazasında olsalar da, orada ələ keçməyiblər:

“Onları bazada qalmağa, oranı tərk etməməyə inandırmağa çalışdılar. Bir şahid general var, onlara bildirmişdi ki, çıxsanız, qayıtmayacaqsınız. Amma kimsə onları inandırıb və Xankəndiyə gediblər”.

İsaqulyan onları Xocalıdan Xankəndiyə aparan şəxsin adını çəkməyəcəyini bildirib:

“40-45 dəqiqədən sonra “spiker” Davit İşxanyan da onların arxasınca gedib. Rusiya sülhməramlı kontingentinin rəhbərliyi və əməkdaşları Davidə də getməməyi, bazada qalmağı məsləhət görüblər, amma o da gedib. Şam yeməyi yeyib bilyard oynayıblar və getdikləri yerdə tutularaq Bakıya aparılıblar”.

Araik Arutyunyana gəlincə, İsaqulyan bunun fərqli əhvalat olduğunu qeyd edib:

“Samvel Şahramanyan bunu bilir, onun susması məni təəccübləndirir. Araik alver etmək qərarına gəlib, gedib şərab zavodunu satmaq istəyib, ruslar onu Xankəndiyə getməkdən çəkindirməyə çalışsalar da, bundan imtina edib, orada 10 milyon dollarlıq brendi olduğunu deyib, zavoda gedəndə saxlanılıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.