İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir?

4-05-2024, 16:18           
İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir?
"Konistitusiyanı dəyişmədən icra hakimiyyətlərini ləvğ etmək qeyri-mümkündür".

Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli icra hakimiyyətlərinin ləğvi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

Ekspert bu məsələnin həlli yolunun konistusiya islahatlarından keçdiyini hesab edir:


"Uzun illərdir ki, bu barədə danışırıq. Artıq bu məsələ yenidən gündəmə gəlib. Bizim təklifimiz isə ondan ibarətdir ki, Prezidentin yaratdığı 14 iqtisadi rayon, Şəqri Zəngəzur, Qarabağ və Naxçıvan da daxil olmaqla inzibati ərazi vahidinə çevrilsin. Ora Prezident yüksək səlahiyyətlərlə şəxsi nümayəndələrini təyin etsin. Amma yerli məsələləri seçilmiş bələdiyyələr həll etsin. Bələdiyyə orqanlarına səlahiyyət verilir ki, onlar yerli məsələləri həll etmək səlahiyyəti olsun".

Natiq Cəfərlinin sözlərinə görə, kənd yolları, zibil daşımaları, kommunal xidmətlər, bütün bunlar icra hakimiyyətinin deyil, məhz bələdiyyələrin nəznində olmalıdır.

Qeyd edək ki, Azərbaycanda uzun müddətdir yerli icra hakimiyyətlərinin ləğvi müzakirə edilir. İcra hakimiyyətlərinin səlahiyyətlərinin Prezidentiun səlahiyyətli nümayəndələrinə və bələdiyyələrə verilməsi təklif olunur. İşğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında artıq Prezidentiun səlahiyyətli nümayəndələri təyin edilib./Qaynarinfo












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.