Ermənilər mənşəcə hansı millətdəndir: türk, yoxsa?.. – Bu faktlar şok edəcək
25-05-2024, 15:35
“Ermənilik etnik mənşə deyil. Bu denonim vahid din çətiri altında toplanmış müxtəlif etnik birliklərin süni şəkildə homogenləşdirilməsi nəticəsində ortaya çıxıb. Milli mənşə məsələsində ermənilərin dolaşıq rəvayətlər ortaya atmasının kökündə məhz Qriqoryan dini məzhəbi dayanır. Belə ki, onlar bu məzhəbi qəbul etmiş bütün etnik qrupları assimilyasiya etməklə bugünkü erməni millətini formalaşdırmağa nail olublar”.
Bu sözləri Globalinfo.az-a tarixçi alim Zaur Əliyev ermənilərin mənşəyi barədə danışarkən deyib.
O bildirib ki, əslində, dünyada erməni adlı xalq yoxdur:
“Mahmud Niyazi Sezginə görə, hay qövmü mifi “yüksək ölkə” mənasını verən Ermənistan sözünün siyasiləşdirilməsi və qriqoryanlığın monomillətçi siyasətlə sintezi nəticəsində formalaşdırılıb.
Dünyada erməni adlı xalq yoxdur. Özlərini “hay” adlandıran, yabanı və köçəri, genetik kod və antropoloji strukturca hind-qaraçı tayfalarına mənsub, əsrlərlə Vətən axtarışında olan, daha çox hissəsi tarixi Azərbaycan ərazilərində məskunlaşdırılan, bizim erməni adlandırdığımız etnos var”.
Zaur Əliyevin sözlərinə görə, görkəmli tarixçi, antik dövr tədqiqatçısı akademik N.Y. Marr VI əsr erməni müəllifi Zelob Qlaka əsaslanıb qeyd edir ki, ermənilərin kökü Hindistandan bu vadiyə gəlib çıxan qaraçıların bir qolu olub:
“Tarixi həqiqətləri əsas götürən bir çox erməni alim də qaraçılarla qohumluqlarını etiraf edirlər. Hər iki dildəki oxşar sözlərin çoxluğu, ləhcələrdəki bənzərlik, istənilən mühitə uyğunlaşma, antropoloji göstəricilərindəki oxşarlıq bu fikrin doğruluğunu sübuta yetirən çoxsaylı faktorların sırasındadır.
1897-ci ildə rusca çap olunan “Murc” qəzetində “Ermənilər qaraçılardandır” məqaləsində bildirilmişdi ki, ermənilərin bir hissəsi qaraçılardan törəmədir. Erməni xalq şairi Tanasoqlu, şair-monax Ələmdaryan, Sankt-Peterburq Universitetinin professoru Kerope Patkanyan da təsdiq edir ki, onların əcdadları qaraçılardan törəmədilər. Ermənilər özlərinin “boşa” olduqlarını danmırlar. Hətta bu günün özündə belə Ermənistandakı vanetsilər, aparantsılar, kyavartsılar və digərləri qaraçı adlanır, ancaq boşalar ermənilər kimi qeyd edilir.
Görkəmli rus alimi İ.M.Dyakonov ermənilərin nəinki Cənubi Qafqaza, hətta “vətən axtarışında” olduqları Kiçik Asiyaya gəlmə olduqlarını sübut edir. İ.M.Dyakonov qədim və müasir erməni dilini Hind-Avropa dil qrupuna aid edir, onların Hurrit-Urartu, Hatts, müasir Qafqaz dillərinə, semit dillərinə qohum olmadığını təsdiq edir.
İ.M.Dyakonov həqiqəti deməklə özünün alimlik etikasına və vicdanına sadiqliyini bir daha nümayiş etdirir: “qədim erməni dilinin Qafqazda avtoxton dillərlə qohumluğu yoxdur, çünki onlar buraya xaricidən gəliblər”.
Tarixçi alim qeyd edir ki, ermənilərin əcdad axtarışının mifologiyada belə vahid nəticəyə varmamasının kökündə dayanan səbəblərdən biri də onların antropogenetik quruluşu ilə bağlıdır:
“Antropoloqların rəyinə görə, ermənilərin antropoloji quruluşu 16 antropoloji tipin və ya 72-dən artıq xalqın qarışmasından meydana gəlib.
Antropoloji nöqteyi-nəzərdən ermənilərin əksəriyyəti brahisefal, yəni qısaboyunlu, yastıbaşdır. Erməni tarixçisi Kapançyan bu fikirlə əlaqədar olaraq qeyd edirdi ki, “armenoid tipi” aşağıdakı xarakterik əlamətlərə malikdir: “başı yastı (qısa) və ya dikdir, yastı və kəskin surətdə (dikinə) aşağı düşən arxa tərəfə malikdir, sifəti uzunsovdur və bir az da enlidir, burnu qeyri-adi dərəcədə böyükdür, iridir, çox vaxt əyilmiş (qartal dimdiyinə bənzər) və sifət xəttindən irəli çıxır, bədən quruluşu qeyri-mütənasibdir, ancaq ortaboyludur”.
Zaur Əliyev
Antropoloji, o cümlədən somotoloji (bədən ölçüləri), kranioloji (kəllə ölçüləri), odontoloji (diş quruluşu), seroloji (qan qruplarının tədqiqi) araşdırmalar sübut edir ki, “armenoid irqi” uydurmadır və ermənilər nəinki Cənubi Qafqazın aborigen əhalisi – yerli sakinləri deyillər, ümumiyyətlə, Ön Asiyaya da sonradan gəliblər. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan Respublikası ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur. Eyni fikri son Tunc və Dəmir dövrünə aid tapıntılar da təsdiq edir. Professor Virxov isə qeyd edib ki, indiki gürcülərin və ermənilərin Qafqazın ən qədim əhalisi ilə heç bir bağlantısı yoxdur”.
“Rus bayrağı” qəzetinin 1912-ci il 18 saylı nəşrində bu sözlər yazılır:
“Ermənilər bizə öz sifəti, öz qəlbini, öz mənəvi və zehni siması, öz qəlbini, öz vicdanını son 40 il ərzində kifayət qədər göstərib. Bu xalq, ən yalançı, ən qərəzli və ən cinayətkar xalqlardan biridir”.
Ermənilərə “iddia etdiyiniz torpaqlarda bircə dənə də olsun ermənicə coğrafi ad mövcud deyil. Heç bir tarixi yazıda o dövrə aid ermənicə toponim keçmir. Bu necə olur? Əgər bir etnos mövcud olubsa, onda coğrafi adlarda izi qalmalıdır”, – deyə Z.Əliyev fikrini yekunlaşdırıb.
Safura Bənnayeva