Vanqanın 2025-ci il üçün qorxulu proqnozu reallaşa bilər

Bu gün, 09:34           
Vanqanın 2025-ci il üçün qorxulu proqnozu reallaşa bilər
Bolqariyalı məşhur kor falçı Vanqa 2025-ci ildə genişmiqyaslı müharibənin başlayacağını proqnozlaşdırmışdı.

“Timesnownews.com”un yazdığına görə, Hindistan və Pakistan arasında artan gərginlik bu ehtimalın yaxın zamanlarda gerçəkləşə biləcəyini göstərir.

Məqalədə vurğulanır ki, hazırkı dünyada baş verən proseslər fonunda Vanqanın proqnozu daha real görünür. O, Avropada fəlakətli müharibənin başlayacağını deyirdi. Xüsusilə Ukraynadakı müharibənin yaratdığı gərginlik bu ehtimalı gücləndirir.

Vanqanın sözlərinə görə, bu müharibə təkcə Avropanı deyil, bütün dünya üçün apokaliptik nəticələrə səbəb ola bilər.

Nəşr yazır ki, Hindistan və Pakistan arasında artan qarşıdurma da qlobal münaqişə ehtimalını artırır.

Eyni zamanda, sosial şəbəkələrdə Hindistanlı ruhani Svami Yoqeşvarananda Girinin paylaşdığı video yayılıb. O bildirib ki, may ayında nadir planet düzülüşü baş verəcək. Bu astronomik hadisə qədim dövrlərdə, o cümlədən Mahabharata dövründə müşahidə olunan düzülüşlərə bənzəyir.

“30 may ətrafında altı planetin düzülməsi formalaşacaq. Bu düzülüş Mahabharata və digər böyük müharibələr zamanı baş verənlərlə oxşardır. Bu, sadəcə şəxsi fikir deyil, riyazi hesablamalardır”, – deyə o qeyd edib.

Nəşr onu da bildirir ki, Vanqanın proqnozu ilə Svami Yoqeşvaranandanın xəbərdarlıqları bir-birini tamamlayır. Vanqa müharibənin dəqiq coğrafiyasını göstərməsə də, onun bütün dünya üçün dağıdıcı olacağını demişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.