“Liderlərinin təhlükəsizliyi ön plana çıxır” – “Rusiyada baş verənlər Zelenskinin dediklərinin yerinə yetirilməsidir”

Bu gün, 10:18           
“Liderlərinin təhlükəsizliyi ön plana çıxır” –
“Paytaxt Moskva başda olmaqla Rusiyanın hava limanlarında xaosdur, Ukraynanın kütləvi dron hücumlarına görə, təyyarələr havaya qalxa bilmir, hava limanına enənlərin sərnişinləri isə saatlarla təyyarəni tərk edə bilmir, insanlar təyyarələrdə havasızlıqdan və yaranan anti-sanitariya şəraiti barədə görüntülər yayırlar. Bu Ukraya Prezidenti Volodimir Zelenskinin bir neçə gün əvvəl “9 may paradına qatılan qonaqların təhlükəsizliyinə zəmanət verə bilmərik” açıqlamasının praktik yerinə yetirilməsidir”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu 9 may Qələbə paradı ərəfəsində Rusiyada baş verən hadisələri şərh edərkən bildirib.

Ekspert vurğulayır ki, belə şəraitdə 9 may paradına qatılmaq istəyən müxtəlif dövlətlərin liderlərinin təhlükəsizliyi ön plana çıxır: “Rusiya yüksək səviyyəli qonaqlara təhlükəsizlik təminatı vermək iqtidarındadırmı? Azərbaycanın sərnişin təyyarəsinin dekabr ayında raketlə vurulması olayından çıxış edərək Rusiya səmasının təhlükəsiz olmadığı, üstəgəl dronlarla sərnişin təyyarələrinə fərq qoya bilmədikləri aşkardır. Rusiya Prezidenti Vladimir Putin Kiyevə elə ona görə 3 günlük atəşkəs təklif edirdi ki, 9 may paradını rahat keçirsin. Volodimir Zelenski isə işğalçı dövlətin liderinə rahatlıq vermək istəmir”.

Politoloq hesab edir ki, başqa cür ola da bilməzdi.

“Rusiya müharibə aparan ölkə olduğundan Ukraynanın əks-həmlələrinə məruz qalır”, - o, əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.