Nikol Paşinyan Moskvaya getdi

9-05-2025, 10:24           
Nikol Paşinyan Moskvaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcəyi Moskvaya gəlib.

Paşinyanın səfəri ilə bağlı razılıq onun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı əldə olunub.

Ermənistanın baş naziri Putinin Qələbə günü münasibətilə təbrik etdiyi liderlərdən biri olub.

Xatırladaq ki, fevralda Paşinyan müsahibəsində Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dondurulduğunu bildirib.

Qeyd edək ki, Qələbə bayramı şənliklərində 29 xarici ölkənin liderləri iştirak edəcək. Bir sıra digər ölkələr, o cümlədən ABŞ təmsil olunacaq, lakin ən yüksək səviyyədə deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru