“Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”

12-11-2024, 08:24           
“Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
2020-ci ilin 10 noyabrından 2024-cü ilin 11 noyabrınadək 382 Azərbaycan vətəndaşı Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib.

O, Azərbaycanın hələ də Ermənistanın 30 ildir davam edən hərbi işğalının nəticələrindən əziyyət çəkdiyini qeyd edib:

“Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir. Azərbaycan Ermənistanın 30 illik hərbi işğalının nəticələrindən əziyyət çəkir”.

Məlumatda qeyd olunub ki, 2020-ci ilin noyabrın 10-dan sonra 70 nəfər mina partlayışı nəticəsində həlak olub, 312 nəfər xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan isə 143-ü mülki şəxslər olub.

10 noyabrdan sonra mina partlayışı nəticəsində 15 hərbi qulluqçu həlak olub, 169-u xəsarət alıb.

Qeyd edilib ki, 1991-ci ildən bəri ANAMA tərəfindən 3400-dən çox mina qurbanı qeydə alınıb. Onlardan 359-u uşaq, 38-i qadın olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru