"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ: ƏMANƏTLƏRİNİZ QORUNMUR - DETALLAR

21-11-2024, 12:12           
"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ: ƏMANƏTLƏRİNİZ QORUNMUR - DETALLAR
"AccessBank"da yerləşdirilən depozitlər "Əmanətlərin Sığortalanması Fondu" (qısaca - ADİF) tərəfindən sığortalanmır.
Kommersant.az xəbər verir ki, sözügedən bankın təşkil etdiyi aksiya üzrə yerləşdirilən əmanətlər riskli əmanət kimi hesab olunur. Belə ki, təşkil olunan aksiya üzrə xarici valyutada "Accessbank"a yerləşdirilən depozitlər “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq qorunmur. Qanuna görə vətəndaşların Fondun iştirakçı banklarına yerləşdirdiyi depozitlərin illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada isə 2.5%-dən çox olmamalıdır.

Fond iştirakçısı olan "Accessbank"da aksiya üzrə xarici valyuta əmanətində 6 aylıq yerləşdirilən depozitə faizlər aylıq ödənildiyi zaman 3.5%, müddətin sonunda ödənildikdə isə 4% illik faiz dərəcəsi ödənilir. Bu da yuxarıda qeyd olunan Azərbaycanın “Əmanətlərin sığortalanması haqqında” qanuna ziddir.

Qeyd edək ki, bu kimi aksiya təşkil edən "Amrahbank"ın lisenziyası ləğv olunduqdan sonra əmanətçilərin vəsaitləri geri qaytarılmamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru