“Atası yazıçı, anası jurnalistdir”- Rəşad Məcid yeni nazirlə bağlı ilginc məlumatlar açıqladı

7-02-2025, 17:59           
“Atası yazıçı, anası jurnalistdir”- Rəşad Məcid yeni nazirlə bağlı ilginc məlumatlar açıqladı
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi”.
Tribunainfo.az xəbər verir ki,Bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid öz Facebook hesabında paylaşım edib. Rəşad Məcid paylaşımında yeni nazirin doğulduğu ailə ilə bağlı maraqlı məlumatlar açıqlayıb:
“Gənc nazirin atası tanınmış ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev, anası isə Əməkdar jurnalist İradə Əliyevadır. Yazıçı və jurnalist övladının belə bir mötəbər vəzifəyə təyin olunması bizi də ürəkdən sevindirir”.
MŞ sədri Anar Əliyevə bu məsul işində uğurlar arzulayıb, göstərilən etimadı layiqincə doğruldacağına inandığını ifadə edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru