“Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” - Ərəstun Oruclu ŞƏRH EDİR

3-03-2025, 15:16           
“Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Son vaxtlar bəzi şərhçilər Rusiyanın işğalçı diktatoru V.Putinlə anlaşmağa çalışan ABŞ-nin prezidenti Donlad Trampın guya artıq Güney Qafqazda da Rusiyanın yeganə dominant güc olmasına imkan verəcək.

Bəs görəsən, hazırkı geo-siyasi gerçəklikdə bu gedişin mümkünlüyü nə dərəcədə realdır?

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı Moderator.az-a açıqlamasında konkret danışıb:

“Mən düşünmürəm ki, bu saat Donald Trampı və onun komandasını ümumiyyətlə, Güney Qafqaz maraqlandırır. Bu gün Cənubi Qafqazı Rusiyadan qoruya biləcək, onun tam şəkildə təsiri altına düşməsinin qarşısını ala biləcək yeganə ölkə, güc Türkiyədir. Avropanın bu işə əli çatmır, Tramp, yenə deyirəm, istər özü, istərsə də administrasiyası bu bölgə ilə maraqlanan deyil. Bu gün belə görünür ki, ən azı, yaxın bir neçə il ərzində Cənubi Qafqaz uğrunda mübarizə Türkiyə, Rusiya və Çin üçlüyü arasında gedəcəkdir. İran da var orada, amma əsas mübarizə dediyim üçlük arasında baş verəcək. İndi həmin mübarizədə kim daha çevik addımlar atacaq, kim ortaya daha çevik təsir vasitələri qoyacaqsa, təbii ki, o da qalib gələcəkdir...

Konkret Azərbaycanın isə Avropaya yolu görünmür. Çox təəssüf ki, Azərbaycanda daha çox artan Rusiya təsiridir. “Rus evi” və s. kimi məsələlər bu təsiri azalda biləcək ciddi məsələlər deyil. Təbii ki, 2025-ci ilin dekabrında Rusiyanın səbəb olduğu Azərbaycana məxsus təyyarənin faciəli qəzasıyla bağlı rəsmi Moskva ilə ziddiyyətlər olub, var və qalmaqdadır. Amma bu, Rusiyanın hələ də Azərbaycandan əl çəkməsinə dəlalət etmir...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru