Vyetnam Çini satıb? Si Cinpin kritik səfər öncəsi Pekinin mövqeyini açıqladı

Dünən, 11:28           
Vyetnam Çini satıb? Si Cinpin kritik səfər öncəsi Pekinin mövqeyini açıqladı
Çinin dövlət rəhbəri Si Cinpin Vyetnama səfərindən öncə ölkəsinin rəsmi KİV-lərində geniş məqalə ilə çıxış edib.
TEREF xəbər verir ki, Vyetnam mətbuatı və Çin XİN-in saytında da yerləşdirilən məqalədə S Cinpin Çin hakimiyyətinin qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərini gücləndirəcəyini, regionda sülh və sabitliyi qoruyacağını qeyd edib: “Çin qonşu ölkələrə qarşı xarici siyasətinin davamlılığını və sabitliyini qoruyub saxlayacaq, səmimiyyət və tolerantlıq konsepsiyasına, mehribanlıq və mehriban qonşuluq prinsiplərinə sadiq qalacaq, qonşu ölkələrlə dostluğu və əməkdaşlığı dərinləşdirəcək, Asiyada modernləşmə prosesini birgə irəli aparacaq”,.
Çin rəhbəri dünyanın “global yüksəlişin yeni başlanğıc nöqtəsində olduğu, görünməmiş imkanlar və çağırışlarla üzləşdiyi” bir vaxtda qlobal əməkdaşlığın və inkişafın təşviqində Asiyanın mühüm rolunun olduğunu vurğulayıb. Bildirib ki, beynəlxalq ictimaiyyət üçün “yeni turbulentlik və dəyişiklik dövrü” başlayıb.

Si Cinpin qeyd edib ki, ayrı-ayrı ölkələr tərəfindən artan birtərəfli və proteksionist tədbirlər qarşısında Çin iqtisadiyyatı qlobal inkişafa mühüm töhfə verməklə davamlı artımı təmin etməyə davam edir. Onun sözlərinə görə, Pekin və Hanoy “fikir ayrılıqlarını düzgün həll etməli və regional sülh və sabitliyi qorumalıdır”. O, Cənubi Çin dənizində Tərəflərin Davranışı haqqında Bəyannaməyə riayət edilməsinin və müvafiq davranış kodeksi üzrə fəal məsləhətləşmələrin aparılmasının vacibliyini qeyd edib: "Biz Cənubi Çin dənizini əsl sülh, dostluq və əməkdaşlıq dənizinə çevirməliyik".
Qeyd edək ki, Vyetnam Trampın ən yüksək tariflər tətbiq etdiyi ölkələrdən biridir – 46 faiz. 2024-cü ilin sonuna iki ölkə arasında ticarət dövriyyəsi təxminən 150 milyard dollara çatıb ki, bu zaman Vyetnamın ABŞ-a ixracı əvvəlki illə müqayisədə 19 faiz artaraq 137 milyard dollar təşkil edib. Böyük bir disbalans var: Vyetnamın ABŞ-a ixracının dəyəri Amerikadan idxalın dəyərindən 10 dəfə çoxdur.
Vyetnam Mərkəzi Komitəsinin baş katibi To Lam Trampla telefon danışığında ABŞ-ın Vyetnamdan tədarük edilən mallara eyni tarif dərəcəsini tətbiq etməsi şərti ilə Vyetnamın ABŞ-dan idxala tarifi sıfırlayacağını bildirib. Baş katib həmçinin prezidenti əmin edib ki, Vyetnam bundan sonra da ABŞ-dan ehtiyac duyduğu bir çox malları almaq niyyətindədir və Amerika şirkətlərini Vyetnama investisiyalarını daha da artırmaq üçün həvəsləndirməkdə və onlara əlverişli şərait yaratmaqda davam edəcək. Eyni zamanda To Lam Trampa "yaxın gələcəkdə" Vyetnama səfər etmək dəvətini təqdim edib və o, "məmnuniyyətlə" qəbul edib.
Eyni zamanda, ölkənin baş naziri Fam Minh Trinh hökumət qurumları ilə bir sıra görüşlər keçirərək, nazirliklərdən ABŞ-dan idxalın artırılması məsələsini həll etməyi tələb etdi. Müzakirələrdə xüsusilə Vyetnam Hava Yollarına “Boeing” təyyarələrinin tədarükünün sürətləndirilməsi, eləcə də hərbi texnika və LNG-nin mümkün alışları müzakirə edilib. Eyni zamand, Baş nazirin müavini Ho Duc Phoc təcili olaraq Baş katibin xüsusi nümayəndəsi kimi Vaşinqtona göndərilib və burada ABŞ-ın ticarət müzakirəçisi Ceymison Qri, Maliyyə naziri Skott Bessent və Ticarət naziri Hovard Lutniklə bir sıra görüşlər keçirib. Nəticə iki ölkə arasında ədalətli ticarət sazişi üzrə danışıqlara dərhal başlamaq üçün razılaşma olub. Bu müddət ərzində Vyetnama 10 faiz universal tarif dərəcəsi tətbiq olunacaq.
Reuters-in məlumatına görə, Vyetnam həmçinin ABŞ-a öz ərazisi vasitəsilə ABŞ-a ixrac edilən Çin mallarına nəzarəti gücləndirməyi, eləcə də Çinlə ticarət qaydalarını sərtləşdirməyi vəd edib. Tədbirlər Vaşinqtonda ABŞ-ın yüksək tariflərindən qaçmaq üçün “Vyetnamda istehsal edilib” etiketli Çin məhsullarının irimiqyaslı ixracı ilə bağlı narahatlıqlara cavab olaraq təklif edilib. Məsləhətləşmələr çərçivəsində Vyetnam hakimiyyət orqanları ölkədə emal olunmamış Çin mallarının təkrar ixracına qarşı mübarizə planı hazırlamağa razılaşıblar. Bundan əlavə, Vyetnam yarımkeçiricilər və peyk avadanlıqları kimi ikili təyinatlı malların Çinə ixracına nəzarəti gücləndirmək üçün tənzimləmə layihəsi təqdim edib. Layihədə göstərildiyi kimi, tədbirlər həssas texnologiyaların üçüncü ölkələrə icazəsiz ötürülməsinin qarşısını almağa yönəlib.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.