Nazirlikdən XOŞ XƏBƏR - bir günə veriləcək...

27-01-2017, 23:22           

2017-ci ildən etibarən həm uçot, həm də xidmətlərin göstərilməsi sahəsində yeni layihələr həyata keçiriləcək, sahibkarların qeydiyyatı prosesi daha da sadələşdiriləcək, VÖEN-in cəmi 1 gün ərzində verilməsi təmin olunacaq.

teref.az "vergiler.az” saytına istinadla xəbər verir ki, bu barədə Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Bildirilib ki, əsas hədəf vergi orqanı ilə vergiödəyiciləri arasında münasibətlərin tamamilə şəffaflaşdırılmasıdır. Sistemin tətbiqi sayəsində vergiödəyiciləri ilə daim əlaqədə olan şəxslər vergi xidməti əməkdaşları olacaq.

Ə.Məmmədovun sözlərinə görə, bu, Azərbaycanın beynəlxalq reytinqlərdə "biznesə başlama” indeksi üzrə mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq. Kiçik və orta sahibkarlara ünvanlı və keyfiyyətli, eləcə də, fasiləsiz xidmətin göstərilməsi işi təkmilləşdiriləcək, xidmət çeşidinin mahiyyəti dəyişəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.