Çox pis xəbər,Ali məktəblərdə təhsil haqqı artırılır - SİYAHI

22-06-2015, 17:24           
Çox pis xəbər,Ali məktəblərdə təhsil haqqı artırılır - SİYAHI
Mərkəzi Bankın 2015-ci il fevralın 21-dəki qərarı ilə dolların rəsmi kursu 1,05 manat səviyyəsində müəyyən edilib. Nəticədə Azərbaycanda dollar manatdan baha olub, manat isə 34 faiz ucuzlaşıb. Manatın devalvasiyası bütün sahələrdə artımlarla nəticələnib. Bu, eyni zamanda təhsil sahəsində də özünü göstərir. Bəzi mənbələrin məlumatına görə, manatın kəskin devalvasiyasından sonra Azərbaycanın ali təhsil müəssisələrində ödənişli təhsilin qiyməti də qalxacaq.

Modern.az saytı ali təhsil müəssisələrindən 2015-2016-cı tədris ilində təhsil haqlarını artırıb-artmayacağını öyrənməyə çalışıb.
Bakı Dövlət Universitetinin rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov yeni tədris ilində təhsil haqlarında cüzi miqdarda artımın olacağını qeyd edib:
“Simvolik artım var, haradasa 100-200 manat arası olacaq. O da müəyyən dövrü tənzimləmələr üçündür, yəni kütləvi şəkildə artım müşahidə edilməyəcək. Artım əsasən bakalvr pilləsində olacaq”.
Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib ki, onlarda 2015-2016-cı tədris illərində ödəniş haqlarında artım olmayacaq, təhsil haqları stabil qalacaq.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımovada yeni tədris ilindən təhsil haqlarının əvvəlki kimi qalacağını və artım olmayacağını deyib.
Azərbaycan Dövlət Neft Akademiyasının tədris işləri üzrə prorektoru Qasım Məmmədov yeni tədris ilindən artımın olacağını vurğulayıb:
“Bakıda digər texniki universitetlərdən fərqli olaraq bizdə təhsil haqları hər zaman aşağı olub. Təhsilin keyfiyyəti yüksək, təhsil haqqı isə aşağı. Ona görə biz yeni tədris ilindən təhsil haqlarını artıracağıq. Təhsil haqları təxminən 1600-1800 civarında olacaq”.
Azərbaycan Pedoqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, 2015-2016-cı tədris ilində təhsil haqlarının artırılması nəzərdə tutulmur. “Hazırda bütün fakültələrdə təhsil haqqı 1320 manat civarındadır və yeni tədris ilindən təhsil haqları elə bu məbləğdə də qalacaq”.
Qafqaz Universitetinin prorektoru Natiq Paşa təhsil haqlarının keçən ilki kimi qalacağını deyib:
“Təhsil haqlarında qiymətlər keçən ilki kimi qalacaq, artım olmayacaq”.
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı bildirib ki, onlarda da təhsil haqlarında artım gözlənilmir: “Biz artıq universitetimizdə fakültələr üzrə yeni qəbulu çap etdirmişik, təhsil haqlarında artım olmayacaq”.
Bakı Slavyan Universitetinin mətbuat xidmətindən isə bildirilib ki, onlarda yeni tədris ilindən artımla bağlı qərar yalnız Təhsil Nazirliyindən bu haqda məlumat gəldikdən sonra ola bilər:
“Nazirlikdən təhsil haqlarının artması ilə bağlı qərar gələrsə, artım olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.