Borcu çıxsınlar, 1 milyard 100 milyon manatımı qaytarsınlar" - İbrahim Nehrəmli

3-07-2015, 15:14           
Borcu çıxsınlar, 1 milyard 100 milyon manatımı qaytarsınlar" - İbrahim Nehrəmli
"Həqiqətən də hazırda “Xəzər Adaları” layihəsində tikinti işləri dayandırılıb. Ancaq şəhərin içərisində xırda tikinti-təmir işləri aparılır. Lakin ağır texnikanın və avtomobillərin hərəkəti üçün şərait olmadığına və bəzi maddi problemlərə görə, hələlik böyük tikintiləri dayandırmışıq".

Bunu ANS PRESS-ə açıqlamasında “Avesta” konserninin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmli deyib. O, milyardlıq layihəsin əlindən alınması ilə bağlı yayılan məlumatlara dair açıqlama verib.

Onun sözlərinə görə, məlumatlar çox şişirdilib və həqiqəti əks etdirmir.

İş adamı qeyd edib ki, indiyə qədər bu proyektə 1 milyard 161 milyon xərc çəkilib. "Mənim isə Beynəlxalq Banka 41 milyon borcum var. Onu da devalvasiya ilə əlaqədar 59 milyon borc kimi hesablamışdılar. Biz şikayət etdik, bu yaxınlarda yenidən borcu 41 milyon manat edəcəklər. Bundan başqa, ağır texnikalara görə də, əlavə olaraq 17 milyon manat borcum var. İndi 70 milyon borca görə 1 milyard 161 milyonluq layihəni əlimdən ala bilməzlər axı".

Hacı İbrahim Nehrəmli borca görə, tikintini satmaqla bağlı da səslənən fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, hələlik bu qədər pul verib layihəni alan yoxdur. Amma bank istəsə ala bilər. "Borcu çıxsınlar, 1 milyard 100 milyon manatımı qaytarsınlar. Bu mənim üçün daha da yaxşı".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.