Mərdan Camalov Şirvanda yoxdur - Başsız qalan rayonda daha nələr olmalıdır
6-07-2015, 15:25
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov hazırda Azərbaycanda yoxdur.
Bu barədə "Report"a icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, İcra hakimiyyətinin başçısı hazırda məzuniyyətdədir və ölkədən kənardadır: "Mərdan Camalova baş vermiş hadisə haqda məlumat verilib. Məzuniyyətdə və xaricdə olmasına baxmayaraq öz müavinləri və Şirvanın müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlayır, lazımı tapşırıqlar verir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda partlayış baş verən əraziyə icra hakimiyyəti başçısının birinci müavini Samit Hacıyev gedib".
Yeri gəlmişkən, qeyd edək ki, icra başçısı Mərdan Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.