Qalmaqallı “26” kafesinin sahibinin atası – BDU-nun müəllimi “oğlundan” imtina etdi – ŞOK FAKT

10-09-2017, 19:47           

Xəbər yayımlandıqdan sonra professor, Bakı Dövlət Universitetində Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrasının müəllimi Ərəstun Qasımov bizimlə əlaqə saxladı. O, bildirdi ki, haqqımda yazılanlarla bağlı heç bir əlaqəm yoxdur. Mən heç kafenin sahibini belə tanımıram. Yəni o mənim oğlum deyil”.
Qalmaqallı “26” kafesinin sahibinin atası – BDU-nun müəllimi “oğlundan” imtina etdi – ŞOK FAKT
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” adlı kafe bağlanıb. Əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlib.
Ölkə gündəmini zəbt edən hadisədən sonra kafenin kimə məxsus olmağı müzakirələrə səbəb olub.
A24.az-a özünü “26” adlı kafenin sahibi Bakı Dövlət Universitetində Hüquq fakültəsinin dekanı, professor Ərəstun Qasımovun sürücüsü kimi təqdim edən şəxs hadisəylə bağlı açıqlama verib:
“Ərəstun müəllimin sürücüsüyəm. Onun bu məsələdən xəbəri var. Bildirib ki, yazılanlarla bağlı heç bir əlaqəsi yoxdur. Sadəcə ortada yanlış anlaşılma var.”
Daha sonra Bakı Dövlət Universiteti Hüquq fakültəsi dekanlığı ilə əlaqə saxladıq. Telefonumuza Hüquq elmləri doktoru, professor Əliyev Əmir cavab verdi. O, bildirdi ki, həmin fakültənin dekanı mənəm. Ərəstun Qasımov isə sadəcə müəllimdir. Haqqında yazılan xəbərlər yalandır. O şəkər xəstəsidir. Özü ilə danışanda dedi ki, məsələ ilə bağlı heç bir əlaqəm yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.