Ambulator müalicə üçün dərmanlar da sığorta hesabına qarşılanacaq – BU TARİXDƏN

Dünən, 15:18           
Ambulator müalicə üçün dərmanlar da sığorta hesabına qarşılanacaq – BU TARİXDƏN
Məlum olduğu kimi ambulator müalicənin dərmanları icbari tibbi sığorta ilə qarşılanacaq.

Bununla bağlı Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Qanunda icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.

Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq.

Bəs, proses nə zaman başlayacaq? Və proses necə həyata keçiriləcək?

Suala İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aydınlıq gətirilib. Qurumdan Bizim.Media-ya bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada sığorta ilə qarşılanması nəzərdə tutulub:

“İlk il ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.

Artıq “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq olunub. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Belə ki, ambulatorda dərman təminatına gələn ilin 2-ci yarısı başlanılacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.