Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Bu gün, 00:07
Dövlətimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi həm dövlətimiz, həm də xalqımız tərəfindən daim uca tutulur. Vətən mübahirbəsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərimizin xatırələrinin əbədiləşdirilməsi üçün sərəncam və fərmanlar imzalamış, əziz vətən övladlarının adları küçələrə, məktəblərə verilərək əbədiləşdirilmişdir.
Ölkəmizdə şəhid adlarının əbədiləşdirilməsinin bir istiqaməti də doğulub-böyüdükləri ərazidə şəkil löhvələrinin ucaldılmasıdır.
Hazırda demək olar ki ölkəmizin bütün ərazilərində şəhid şəkilinin löhvələri ucalmaqdadır.
Hər gün bu şəhid löhvələrinin önündən keçən xalqımızın bütün nümayəndələri - körpəsindən-yaşlısınadək hər bir kəs bu plakatlara böyük ehtiram göstərirlər.
Lakin təəssüflər olsun ki, bəzi hallarda xoşagəlməz hallar da olur. Belə ki, kimlərsə şəxsi mənafeləri, qazancları naminə şəhidlərimizin şəkili olan plakatları sözün əsl mənasında kölgədə qoyur.
Paytaxtımızda şəhid şəkili olan plakat Xırdalan dairəsinə yaxın ərazidə fəaliyyət göstərən "Evrohome" inşaat bazarı tərəfindən görünməz hala salınıb.
Belə ki, "Evrohome" bazarının inşa etdiyi metal baner-hasar şəhid Tural Rəhimlinin şəklinin önündə inşa edilib.
Bazarın metal konstruksiyadan inşa etdirdiyi metal baner-hasar Şəhid tural Rəhimlinin şəklinin önünü kəsdiyinə görə şəhidin şəklini magistral yoldan keçən heç bir kəs görə bilmir.
Azfakt.com-un müxbiri Bakı şəhərinin inkişafı ilə bağlı reportaj hazırlayarkən belə bir faktın şahidi olub.
Sakinlər əməkdaşımıza bu məsələ barədə narahatlıqlarını bildiriblər.
Onlar qeyd edirlər ki, bu şəhidin doğulub böyüdüyü ərazidə özünə bazar tikib milyonlar qazanan Azay Möhnətov indiyədək hələ bir dəfə də olsun bu şəhidin plakatı önündə nə bir abadlıq işi görüb, nə də bir çiçək qoyub.
"Əksinə bazarın zir-zibili şəhid plakatının yanında olan qutulara yığılır. Tural bu məhlədə böyüyüb, Onun ruhu buralarda dolaşır. Gərək bu bazarın müdiriyyəti belə iş görməyəydi. Şəhidimizin şəklinin önünə gətirib profnastillə bağlayıblar. Utanmırlar etdikləri əməldən? Niyə gözləri doymur? Hər ay yüz minlərlə manat qazanırlar bu bazardan. Səs-küylərindən evimizdə otura da bilmirik. Hələ indiyədək bir dəfə də olsun bazarın müdiriyyəti tərəfindən bu şəhid plakatının qarşısına bir çiçək qoyulmayıb. Halbuki onlar bu kiçik yeri abadlaşdırmalı idilər"-deyə, sakinlər əməkdaşımıza deyib.
Maraqlıdır ki, şəhid Tural Rəhimlinin plakatının qarşısını işbazlar profnastillə bağlaması bu yoldan hər gün istifadə edən yüksək dövlət nümayəndələrinin, ictimai xadimlərin diqqətini çəkməyib.
AzFakt.com-un əməkdaşı bazar rəhbərliyi ilə əlaqə saxlamaq istəsə də, bu alınmayıb.
Qeyd edək ki, "EvroHome" İnşaat bazarı iş adamı Azay Möhnətovundur.
Azay Möhnətovun Bakıda bazarı və iaşə müəssisələri var.
Lakin bununla belə Azay Möhnətovun adı ölkənin sosial həyatında heç vaxt çəkilməyib. Ölkənin ən tanınmış iş adamlarından olan Azay Möhnətovun xeyriyyəçilik əməlləri barədə mediada indiyədək heç bir məlumat getməyib.
Məsələ ilə bağlı "EvroHome" rəhbərliyinin münasibətini örgənə bilmədik.