Bakıdan İrəvana və əks istiqamətə 66 reys həyata keçirilib - Nə daşınıb?

25-12-2024, 15:54           
Bakıdan İrəvana və əks istiqamətə 66 reys həyata keçirilib - Nə daşınıb?
Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib.

Bu barədə “Sputnik Ermənistan”a Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Belə ki, 2024-cü il dekabrın 11-də İrəvandan Bakıya beynəlxalq şirkətin sifarişi ilə çarter reysinin həyata keçirildiyi məlum olub. Departamentdən yazılı sorğuya cavab olaraq, bu uçuşun ilk olmadığını izah ediblər.

“Son beş il ərzində, 2020-ci ildən başlayaraq beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün İrəvandan Bakıya və geriyə 66 dövlət reysi yerinə yetirilib”, - deyə nazirlikdən bildirilib.

Eyni zamanda, İrəvan-Bakı-İrəvan marşrutu üzrə avialaynerlər iki trayektoriya üzrə uçur.///publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru