Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 11:48
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər
Hazırda Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi
tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya
Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə
olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev
sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı,
əldə etdiyi uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə
malık olkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki
uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi
kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman
sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Yola saldığımız 2024-cü ilin sonunda günlərində - dekabrın 24-də
keçirilən 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
Prezidenti İlham Əliyevin idmançılarla görüşüb. Qeyd etmək yerinə düşərdi
ki, ölkə başçısı bu görüşünü öz doğum günündə keçirib və bu da ölkəmizdə
idmana olan diqqət və qayğını bir daha sübut edir.
2024-cü ilin idman yekunlarına həsr olunan görüşdə dövlət başçısı
ölkə idmançılarının uğurlarından danışaraq əldə edilmiş uğurlar
münasibətilə onları təbrik edib. Ölkə rəhbəri bildirib ki, 2024-cü il də
Azərbaycan idmanı üçün uğurlu olub. Azərbaycan idmançıları beynəlxalq
yarışlarda ölkəmizi ləyaqətlə təmsil ediblər, yarışlarda 1700-ə yaxın medal
qazanılıb. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar
yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif
beynəlxalq yarışlarda təsdiqləyir.
İlin ən böyük yarışı olan Yay Olimpiya Oyunlarında Azərbaycan
idmançları tarixi nəticə əldə ediblər. Azərbaycan müstəqil ölkə kimi 1996-cı
ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq
görülub, komanda hesabında ölkəmiz 30-cu yerdə qərarlaşıb. Bu, da
idmanımızın tarixində ən yüksək nəticədir. Bütövlükdə isə iki yüzdən çox
milli komandanın iştirak etdiyi Olimpiya Oyunlarında 30-cu olmaq çox
böyük nailiyyətdir.
Müsəlman ölkələri arasında isə Azərbaycan üçüncü yerə çıxmışdır.
Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və
tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla
yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə
qaldırmışdır.
Görüşdə qeyd edilib ki, Azərbaycan güclü dövlətdir, öz gücünə
əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi
olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə
gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.
Bu gün dünyada gedən proseslərin göz qabağında olduğunu söyləyən
dövlətimizin başçısı qeyd edib: “Qanlı toqquşmalar, müharibələr,
münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması,
vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və
görməyəcəyik”.
Prezident İlham Əliyev mərasimdəki çıxışında gələn ildən Gəncə
şəhərində həyata keçiriləcək böyük təmir-bərpa işlərindən danışıb. O, deyib
ki, həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə
yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra
ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün
MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda,
tarixi simasını və müasirliyini təqdim etsin.
İşğaldan azad edilmiş ərazilərdə həyat yenidən, sıfırdan qurulur. Bizim
icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də
olmayacaq. “Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı
ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də
müasir, gözəl, rahat”, - deyə dövlətimizin başçısı əlavə edib.
Müşavirədə ildirilib ki, idmançılarımız Azərbaycan xalqını öz qələbələri
ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın
inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin
siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində
aparılır.
İdmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu qeyd edən
dövlətimizin başçısı deyib ki, xüsusilə gənc nəslin yetişdirilməsi,
vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox
böyük məna daşıyır.
Son 21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham
Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmananın inkişafına və
idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və
uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi
gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc
idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə
saxlayacaqlar və bu, daimi proses olacaqdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü