Cümə günü Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus təyyarə Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub. 95 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarə Almatıdan Nur-Sultan istiqamətində uçurmuş.
Hadisənin baş vermə səbəbi hələ açıqlanmayıb. Araşdırmalar davam edir.