Bu gün Topaz Premyer Liqasında XXXIII tura start verilib. "İnter" doğma meydanda "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdi.
"İnter Arena"da keçirilən matçın 66-cı dəqiqəsində Rauf Əliyevin penaltini qola çevirə bilməməyindən sonra daha da aqressivləşən "Neftçi" fanatlarının hamısı tribunadan qovulub. Polislər xoşagəlməz olayların qarşısını almaq üçün bu addımı atıb. Amma yaxşı olardı ki, komandanın zəif oyununa etiraz edən azarkeşlər zor gücünə deyil, yaxşı oyunla susdurulardı.
Təəssüf ki, "Neftçi" hazırda bunu bacara bilmədi. (futbolinfo.az)