Döyülən rektor qızı yeni vəzifəsindən danışdı: “Uydurmadır”
9-05-2015, 12:48
Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva “Bakı-2015”in korrodinatoru vəzifəsinə təyin olunması ilə bağlı xəbərə reaksiya verib. Teef.info xəbər verir ki, o, bununla bağlı öz facebook hesabında yazıb. Ü.İsayeva ona belə bir vəzifə verilmədiyini və bunun mətbuatın uydurması olduğunu qeyd edib. Rektor qızının statusunu olduğu kimi təqdim edirik: “Media işçilərinə mənə verdikləri vəzifəyə görə təşəkkür edirəm təbii ki, amma mənə maraqlıdır görəsən növbəti uydurma nə olacaq? Fantaziyanıza güvənirəm”.
Qeyd edək ki, Hamlet İsaxanlı publika.az saytına müsahibə verərək, qızının “Bakı-2015” Avropa Oyunları ilə bağlı tələbələrə və gənclərə koordinatorluq edəcəyini demişdi.