Arutyun Qəmbəryan Ermənistan polis rəisinin müavininin oğludur Ötən gün Qarabağda öldürülən erməni əsgərlə bağlı yeni məlumatlar yayılıb. Erməni mənbələrinin verdiyi məlumata görə, işğal edilmiş Dağlıq Qarabağda öldürülən 1995-ci il təvəllüdlü Arutyun Qrayroviç Qəmbəryan Ermənistan polis rəisinin müavininin oğludur.
News.am agentliyinin verdiyi xəbərə görə, Arutyun Qrayroviç Qəmbəryan Ermənistan polis rəisinin müavini Anubax Qəmbəryanın əmisi oğludur.
Qeyd edək ki, mayın 8-də saat 15:10 radələrində Dağlıq Qarabağda 1995-ci il təvəllüdlü əsgər Arutyun Qrayroviç Qəmbəryan döyüş postunda olarkən aldığı güllə yarasından ölüb. Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.