Azər Sarıyevə yeni vəzifə verdilər
10-05-2015, 20:05
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin keçmiş rəhbəri, tanınmış jurnalist Azər Sarıyevə Fövqəladə Hallar Nazirliyində (FHN) yeni vəzifə verilib.
A.Sarıyev FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin mətbuat xidməti şöbəsinin baş məsləhətçisi təyin edilib.(Ternd)
Azər Sarıyev 1974-cü il sentyabrın 24-də İmişlidə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. Mətbuata “Avrasiya” qəzetində tərcüməçi işləməklə gələn A.Sarıyev 1997-1998-ci illərdə həmin redaksiyada siyasət müxbiri kimi çalışıb. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib. Daha sonra “Palitra” qəzetinin baş redaktoru təyin olunub. (1999-2003). “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə də əməkdaşlıq edib.
Altı il jurnalistikada (üç il reportyor, üç il baş redaktor) işlədikdən sonra 2003-cü il avqustun 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının şöbə müdiri vəzifəsinə gətirilib. 11 il MSK-da şöbə müdiri vəzifəsində çalışdıqdan sonra AzərTAc-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə xüsusi müxbiri təyin edilib. Bir müddət sonra bu postdan istefa verib.