Rusiyada YUNESKO siyahısındakı obyektdə yanğın - VİDEO

6-08-2022, 08:35           
Rusiyada YUNESKO siyahısındakı obyektdə yanğın - VİDEO
Komi Respublikasında “Yuqıd va” milli parkının ərazisindəki meşə sahələri yanır.

Obyekt 1995-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

“Yuqıd Va” Milli Parkı bu ölkədən sözügedən sıyahıya salınan ilk obyekt olub.

Məlumata görə, yanğın 50 hektar sahədə yayılıb.

Qeyd edək ki, Komi Respublikasında iyulun 13-dən bəri meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Respublikanın rəhbəri Vladimir Uyba avqustun 5-də bildirib ki, hazırda ərazidə 18 yanğın davam edir. Onlardan 6-sı aktiv, 12-si isə lokal xarakter daşıyır.


Mənbə: dp.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru