İran gəmisi Qırmızı dənizdə hücuma məruz qaldı

11-08-2022, 00:11           
İran gəmisi Qırmızı dənizdə hücuma məruz qaldı
İrana məxsus gəmi Qırmızı dənizdə bir neçə yüngül katerin hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin hərbi əməliyyatlar idarəsinin rəis müavini, kontr-admiral Mustafa Tacəddini deyib.

Onun sözlərinə görə, Qırmızı dənizdə missiyada olan “Camaran” esminesinin başçılıq etdiyi müşayiət qrupu ötən gecə həmin dənizdə İran gəmisinə yardım çağırışı ilə bağlı mesaj aldıqdan sonra göstərilən əraziyə gedib. Gəmi əraziyə çatdıqdan sonra hücum qayıqları ilə döyüşə girib.

O əlavə edib ki, müşayiət qrupunun effektiv tədbirləri sayəsində qarşı tərəf geri çəkilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru