Rusiya 2 ay ərzində bu ölkəyə hücum edəcək

Bu gün, 09:34           
Rusiya 2 ay ərzində bu ölkəyə hücum edəcək
Böyük Britaniya mətbuatı Rusiyanın Milad öncəsi Polşaya məhdud hücum planlaşdırdığını iddia edib.
TEREF Publika-ya istinadən xəbər verir ki, məlumat “yüksək rütbəli rusiyalı hərbçidən” “Ekspress”ə sızdırılıb və məsələ ilə bağlı Londonda və Vaşinqtonda təcili görüşlər keçirilib.

Kremlin məqsədinin NATO-nun reaksiyasını ölçmək və Avropada siyasi sabitliyi pozmaq olduğu bildirilir. Polşanın Baş naziri Donald Tusk da ölkəsinin İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükə ilə üz-üzə qaldığını açıqlayıb.

Qeyd edək ki, son günlər Rusiya PUA-larının Polşa və Rumıniyanın hava məkanını pozması NATO-nu hərəkətə keçirib. Britaniya da “Tayfun” qırıcılarını Polşanın müdafiəsinə göndərib. Ekspertlər bu təhdidlərin yeni müdafiə strategiyası tələb etdiyini vurğulayırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru