Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib. Report -un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Mübariz Paşayevə həvalə olunub. Xatırladaq ki, “4 №-li Magistral Yolların İstismarı” şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 milyon manatdır.