Daha bir Qarabağ Qazisi CANINA QIYDI... - EHTİYAC ÜZÜNDƏN...

17-08-2022, 10:56           
Daha bir Qarabağ Qazisi CANINA QIYDI... -
Bakıda qazi dərman içərək özünü zəhərləyib.

TEREF-ın "Unikal"a istinadən məlumatına görə, Qax rayon Turaclı kənd sakini olan 1999-cu il təvəllüdlü Səmədzadə Samir Əyyub oğlu ötən gün Bakı şəhəri Xəzər rayonunda yaşadığı ünvanda dərman içərək özünə qəsd edib. Samir Səmədzadə Təcili Tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Qazinin anasının sözlərinə görə, oğlunun özünə qəsd etməsinin səbəbi ailəsinin ehtiyaclarını qarşılaya bilməməsidir.

Qeyd edək ki, S.Səmədzadə Vətən müharibəsi qazisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru