Rusiyada iki sərnişin təyyarəsi təcili eniş etdi: Birinin qanadı qırıldı - FOTO

17-08-2022, 12:15           
Rusiyada iki sərnişin təyyarəsi təcili eniş etdi:
Rusiyanın İrkutsk vilayətində iki təyyarə təcili eniş edib. Onlardan birinin eniş zamanı qanadının bir hissəsi qopub.

Hər iki hadisə avqustun 17-də baş verib.

Sərnişin təyyarələrinin “Anqara” aviaşirkətinə məxsus olduğu bildirilir.

Məlumata görə, Ust-Kutda eniş edən “An-24”ün qanadı yerə toxunduğu üçün zədələnib. Bundan əvvəl göyərtə mühərrikinin enerji təchizatında problemlər yaranıbmış. Təyyarədə ümumilikdə dörd heyət üzvü və 40 sərnişin olub. Zərərçəkən yoxdur.

Digər “An-24” isə havaya qalxdıqdan 35 dəqiqə sonra İrkutska qayıdıb. Onun göyərtəsində 45 sərnişin olub. Uçuşdan sonra hava gəmisinin sol mühərrikində nasazlıq yaranıb. Təyyarə uğurlu eniş edib, burada da zərərçəkən yoxdur.



Mənbə: TASS, “Babr Mash” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru