"Terrazini" ləqəbli məşhur vəkil Ramiz Zeynalov vəfat etdi
17-08-2022, 19:53

Teref.az yazır ki, Ramiz Zeynalovun vəfatı barədə məşhur vəkil Namizəd Səfərov yazıb.
Namizəd bəy bu barədə yazır:
"Uzun müddət ölkənin tanınmış vəkillərindən sayılan Ramiz Zeynalov, avqust ayının 14-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdi. Ramiz Zeynalov həm də, "Terrazini" ləqəbi ilə də, tanınırdı. Bu ləqəblə tanınmasından xoşlanırdı. Ziddiyyətli insan idi. Bir neçə dəfə məhkum da, olunmuşdu. Vəkillər Kollegiyasından kənarlaşdırılmışdı. Ağır xəstəliyə yoluxmasının səbəblərindən biri də, bu ola bilərdi. Məhkəmələrin icraatında çoxlu şəxsi məhkəmə çəkişmələri də, var idi. Xəstəlikdən doğan gücsüzlüyü ilə barışa bilmirdi. Ölümü onun barəsində qanunsuz qərarlar çıxaran hakimləri, onun caynağından xilas etdi. Özünəməxsus, son dərəcə fəal, dalaşqan bir insan idi. Dünyanı vecinə almırdı. Pedantik şəxsiyyətli biri deyildi. Bəzən məhkəməyə ayaqyalın, rezin çətərə sürütləmə ayaqqabılarda gəlirdi. Hakimlərə hörmət bəsləmədiyini açıq şəkildə biruzə verirdi. Hakimiyyət orqanları ilə də bağlılığı var idi. Hakimlər həmişə ondan qorxub, çəkinir, ehtiyatlı dolanmağa çalışırdılar. Belə ki, dəfələrlə onun hücumuna məruz qalmışdılar. Pis adam deyildi. O qədər dərin hüquqi biliyə malik olmasada, ötkəmliyi və döyüşkənliyi ilə tanınırdı. Başa çatdıra bilmədiyi çoxlu işi, arzusu bitməmiş qaldı.
Allah rəhmət eləsin. "
Yaxınlarına və dostlarına baş sağlığı verirəm.