Panama prezidentliyinə namizədin içində olduğu helikopterin qəza anı - VİDEO
18-08-2022, 10:14
Panamada helikopter qəzasını anbaan əks etdirən video yayılıb. Video helikopterin içindəki sərnişinlərdən biri tərəfindən çəkilib.
Qəza Palo Seko meşə qoruğunda bir neçə gün əvvəl baş verib. Təyyarədə 2024-cü il Panama prezidentliyinə namizəd Dimitri Flores də olub. Göyərtədəki altı nəfərin hamısı sağ qalıb.