Korsika adasında güclü tufan itkilərə səbəb oldu: Ölənlər və yaralananlar var - VİDEO

19-08-2022, 09:43           
Korsika adasında güclü tufan itkilərə səbəb oldu: Ölənlər və yaralananlar var - VİDEO

Fransanın Korsika adasında güclü külək və leysan yağışlar itkilərə səbəb olub. Adanın iki sakini ölüb, 12 sakin yaralanıb.

Bu barədə Cənubi Korsika Departamentinin prefekturasından məlumat verilib.

“Cənubi Korsikada bu səhər [cümə axşamı] şiddətli tufan qopub. İlkin məlumatlara görə, 72 yaşlı qadın və 13 yaşlı qızcığaz ölüb. 12 zərərçəkənin vəziyyəti ağırdır”, - deyə prefekturanın “Twitter” hesabında bildirilib.

Qeyd olunub ki, əmlaka ciddi ziyan dəyib, idarənin şimal hissəsində nəqliyyatın hərəkəti pozulub.

Ölənlərdən biri düşərgədə evin üzərinə ağacın aşması nəticəsində dünyasını dəyişib. Daha bir nəfər ağır yaralanıb.


Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru