Azərbaycanlı həkim Almaniyada stomatoloji klinika açıb
20-08-2022, 11:15
Azərbaycanlı həkim stomatoloq Nigar Əhmədbəyli Almaniyanın Hildesheim şəhərində klinika açıb. ⠀ Aztibb.az xəbər verir ki, Nigar Əhmədbəyli 2007-ci ildə İstanbul şəhərində Yeditepe Universitetinin Stomatologiya fakültəsini fərqlənmə ilə bitirmişdir.
2007-2010-illər ərzində Bakı şəhərində həmtəsisçisi olduğu “5A Dent” estetik stomatoloji klinikasında, 2010-2020-cu illər ərzində isə Almaniyanın Hannover şəhərində yerləşən stomatoloji klinikalarda həkim-stomatoloq kimi fəaliyyət göstərib. 2021-ci ildə isə, Hildesheim şəhərində yerləşən “Ahmadbayli Zahnmedizin” stomatoloji klinikasını təsis edib.
Həmyerlimizi bu uğuru münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!