Pensiyaçı ov tüfəngi ilə Rusiyanın “Su-34” qırıcısını vurub saldı… – VİDEO

21-08-2022, 00:01           
Pensiyaçı ov tüfəngi ilə Rusiyanın “Su-34” qırıcısını vurub saldı… – VİDEO
2022-ci ilin martında Rusiya işğalçıları Ukraynanın Çerniqovu fasiləsiz bombardman edəndə təqaüdçü Valeri Fyodoroviç ov tüfəngini götürərək təyyarələrdən birinə atəş açıb. Nəticədə düşmənin “Su-34” qırıcısı məhv edilib.

Sozcu.az xəbər verir ki, yalnız dünən -avqustun 19-da ictimailəşdirilən bu xəbəri “UNİAN” nəşri yayıb.

“Rus qırıcısı İkinci dövrə vuranda mən öz tüfəngimdən, hə, uşaqlar, öz tüfəngimdən atəş açdım və o, “ux” və yerə düşdü”- deyə təqaüdçü xatırlayır.

Vurulmuş Rusiya qırıcısına görə penisyaçı Ukrayna Dövlət Sərhəd Xidmətinin “Dövlət sərhədinin mühafizəsində köməyə görə” medalı ilə təltif edilib”, – deyə agentliyin saytında bildirilir.

Əsl ovçu kimi Viktor Fyodoroviç vurulmuş “Su-34”-dən bir parçanı xatirə üçün götürüb saxlayır.

“Yaşın imkan versə, orduya gedərsənmi” -deyə soruşduqda ahıl kişi belə cavab verib: “Elə bu gün! Piyada, dördəmə, sürünərdim!”

Döyüşlər zamanı bu təqaüdçü ukrayın kişi daim Çerniqov müdafiəçilərinə və mülki sakinlərə kömək edib. Onun evinin zirzəmisində uşaqlı qonşular gizləniblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru